Məhkəmə atasını öldürən şəxs barəsində məcburi qaydada müalicə təyin edib

Məhkəmə atasını öldürən şəxs barəsində məcburi qaydada müalicə təyin edib Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
21 Aprel , 2017 11:53
Məhkəmə atasını öldürən şəxs barəsində məcburi qaydada müalicə təyin edib
Report.az

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kənan Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə K.Qasımovun cinayəti anlaqsız vəziyyətdə törətdiyini elan edib və onun barəsində məcburi qaydada müalicə təyin olunub. Qərarın icrası 1 saylı Ruhi-Əsəb Dispanserinə həvalə edilib.

Qeyd edək ki, hadisə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Həmin ünvanda yaşayan Gədəbəy rayon sakini 17 yaşlı K.Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurub.
İlkin məlumata görə, K.Qasımov hadisə baş verməzdən əvvəl pisxoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Bundan sonra valideynləri K.Qasımovu evləndirmək istəyib. O isə atasına evlənməyəcəyini bildirib. Q.Qasımov isə oğlunu evləndirməkdə israr edib.
Bundan əsəbləşən K.Qasımov atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək atasının yanına gəlib. O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Bu səbəbdən, yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Q.Qasımovun ürəyinə sancıb.
Hadisədən sonra K.Qasımov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.

O, Cinayət Məcəlləsin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi