Məhkəmə Ata Abdullayevin vəsatətini təmin etməyib

Məhkəmə Ata Abdullayevin vəsatətini təmin etməyib Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Hadisə
17 Mart , 2022 17:19
Məhkəmə Ata Abdullayevin vəsatətini təmin etməyib
Ata Abdullayev

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Bu barədə "Report"a onun vəkili Telman Abdıyev məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə vəsatət qaldırıb: "Zərərçəkmişlərin məhkəməyə məcburi qaydada gətirilməsini tələb etdim. Təmin olunmadı".

Onun sözlərinə görə, A.Abdullayev məhkəmə qərarına etiraz edib: "Lakin etiraz qəbul olunmadı. Daha sonra müdafiə çıxışı üçün vaxt istədik".

Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, ittihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.

A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin mart ayında saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Abdullayev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi