Vəkil arvadını güllələyən polisin məhkəməsində tərkibin dəyişdirilməsini istəyib

Vəkil arvadını güllələyən polisin məhkəməsində tərkibin dəyişdirilməsini istəyib Bakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hadisə
16 Mart , 2022 17:28
Vəkil arvadını güllələyən polisin məhkəməsində tərkibin dəyişdirilməsini istəyib

Bakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin vəkili vəsatət qaldırıb.

O, vəsatətində məhkəmə tərkibinin dəyişdirilməsini tələb edib: "Ötən iclasda Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin rəisi Seymur Qarayevin məhkəməyə məcburi qaydada gətirilməsi təmin edilmədi. Biz məhkəmə tərkibinin dəyişdirilməsini istəyirik"

Məhkəmə qısa müşavirədən sonra vəsatətin əsassız olduğu ilə bağlı qərar çıxarıb.

Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi