Yuxarı

​Məhkəmə ANS-in MTRŞ-ya qarşı növbəti şikayətini təmin etməyib

Prosesdə qərar elan olunub

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha bir inzibati iddiasına baxılıb.

"Report"un məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, ANS-in apellyasiya şikayəti yeni təmin edilməyib.

Qeyd edək ki, MTRŞ 23 dekabr 2015-ci il tarixində 12/12 saylı inzibati tənbeh vermə haqqında qərar çıxarıb. Həmin qərardan ANS Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin qərarı ləğv edərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün Milli Televiziya və Radio Şurasına göndərib. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti həmin məhkəmə qərarından apellyasiya şikayəti verib.

Xatırladaq ki, dünən və bu gün də Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-nın 23 dekabr 2015-ci il tarixində inzibati tənbeh vermə haqqında qərarlarından verilmiş apellyasiya şikayətinə baxılıb. Məhkəmə ANS-in apellyasiya şikayətini təmin etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi