Yuxarı
    Bağlamaq

    ​Məhkəmə AMİP-in tanınmış şirkətə qarşı apellyasiya şikayətinə baxıb

    Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb

    Bakı. 13 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) “Azimport” MMC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    “Report”un məlumatına görə, hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, AMİP-in apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, AMİP “Azimport” MMC-ni məhkəməyə verib.

    Partiya tanınmış şirkətdən pulun tutulması barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib. Qərardan narazı qalan AMİP apellyasiya şikayəti verib.

    AMİP-in nümayəndəsi Ənnağı Məmmədli “Report"a açıqlamasında bildrib ki, “Azimport” şirkəti partiyanın rayon təşkilatının ofisini icazəsiz söküb: “Partiyanın Səbail rayonu Xanlar küçəsi, 8 ünvanında istifadə olunmayan 47 kvadratmetrlik ofisi yerləşirdi. Şirkət 2014-cü ilin oktyabr ayında partiyaya məlumat vermədən həmin ofisi söküb. Söküntü zamanı partiyanın rayon təşkilatına aid olan əmlak və arxiv sənədləri məhv olunub. Həmin siyahı ilə bağlı akt tərtib olunaraq, partiyaya 5 min manatdan artıq ziyan dəyib. Şirkət tərəfindən vurulmuş ziyanın ödənilməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdik. Məhkəmə iddiamızı təmin etmədi. Həmin qərardan apellyasiya şikayəti verdik”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi