Məhkəmə 700 minlik dələduzluq etməkdə təqsirləndirilən şəxsə şərti cəza verib

Məhkəmə 700 minlik dələduzluq etməkdə təqsirləndirilən şəxsə şərti cəza verib Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
23 May , 2017 16:24
Məhkəmə 700 minlik dələduzluq etməkdə təqsirləndirilən şəxsə şərti cəza verib

Bakı. 23 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cəlal Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məluymatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ev dustaqlığında olan C.Hüseynova şərti cəza verilib.

İttiham aktına əsasən, C.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. O, birgə iş qurmaq, qazancı bölüşdürmək və xaricdən ucuz qiymtə maşın almaq adı ilə vətəndaşlara qarşı dələduzluq edib.

Belə ki, C.Hüseynov iş qurmaq adı ilə Məhəmməd İbrahimovdan 73 min dollar, Mehdixan Həsənovdan 35 min dollar, Əhliman İsmayılovdan 42 min dollar, Faiq Quliyevdən 10 min dollar, Rəfael Tağıyevdən 35 min dollar alıb. Onlarln etibarından sui-istifadə edərək həmin məbləğləri mənimsəyib.

Həmçinin C.Hüseynov xaricdən maşın alıb gətirmək işi ilə məşğul olduğunu deyib və bu vədlə Saməddin İsayevdən 329 min dollar, Abdulla Fətullayevdən 100 min dollar, Faiq Əlizadədən 63 min dollar, Rəfael Tağıyevdən 35 min dollar alıb. Daha sonra o, verdiyi vədlərə əməl etməyib. C.Hüseynov digər zərərçəkmiş Elvin Şahmuradov üçün "BMW X6" markalı avtomobil gətirəcəyini deyərək, ondan 20 min dollar alıb.

O, çoxsaylı şikayətlərdən sonra 2015-ci ildə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun barəsində polis nəzarətinə verilməklə başqa yerə getməmək haqda qərar çıxarılıb. 2016-cı ildə isə barəsində həbs qətimkan tədbiri seçilib. 3 ay sonra isə Səbail Rayon Məhkəməsi onun barəsində olan həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə dəyişib. Məhkəmə istintaqı dövründə də ev dustaqlığında olub. O, istintaq dövründə zərərçəkənlərə dəymiş ziyanı ödəyib və onlarla barışıq əldə edib. 

Son xəbərlər

Orphus sistemi