Bakıda şirkətin 57 min manat pulunu mənimsəyən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakıda şirkətin 57 min manat pulunu mənimsəyən şəxs məhkəmə zalından azadlığa buraxılıb Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bayram Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
22 yanvar 2019 11:10
Bakıda şirkətin 57 min manat pulunu mənimsəyən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bayram Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və B.Əliyev məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, "Vedişiraz" MMC-nin məsul şəxsi B.Əliyev şirkətin 56 900 manat pulunu mənimsəyib.

Belə ki, o, şirkətin Keşlə qəsəbəsində yerləşən anbarında olan mərmər daşlarını satıb, lakin pulu MMC rəhbərliyinə verməyib.

Məhkəmədə elan olunmuş ittiham üzrə B.Əliyev özünü təqsirli bilib.

Qeyd edək ki, B.Əliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külıi miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi