​Məhkəmə 42 min manat vergi ödəməkdən yayınmada təqsirləndirilən şəxsin işinə xitam verib

​Məhkəmə 42 min manat vergi ödəməkdən yayınmada təqsirləndirilən şəxsin işinə xitam verib Dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib
Hadisə
21 Aprel , 2016 14:10
​Məhkəmə 42 min manat vergi ödəməkdən yayınmada təqsirləndirilən şəxsin işinə xitam verib

Bakı. 21 aprel. REPORT.AZ/ Gəncə Apellyasiya Məhkəməsində 41 934,48 manat məbləğində vergi ödəməkdən yayınmada təqsirləndirilən Vaqif Əliabbas oğlu Əşrəfovun barəsində olan məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə başa çatıb.

Bu barədə “Report”a V.Əşrəfovun vəkili Əziz Qənbərov məlumat verib.

Onun sözlərinə görə, sonuncu prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı xitam qərarı qüvvədə saxlanılıb. Dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib.

Qeyd edək ki, V.Əşrəfov Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma, xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə ittiham olunub. Gəncə şəhər Nizami Rayon Məhkəməsi iş üzrə icraata xitam verib. Məhkəmə qərarından narazı qalan ittiham tərəfi prokuror və vergi orqanı mülki iddiaçı tərəfindən müvafiq olaraq apellyasiya protesti və apellyasiya şikayəti ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi