Məhkəmə 121 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar çıxarıb

Məhkəmə 121 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar çıxarıb Bakı Apellyasiya Məhkəməsi tanışına qarşı dələduzluq etməkdə təqsirləndirilən Xaliq Əliyevlə bağlı qərar elan edib.
Hadisə
5 May , 2022 11:03
Məhkəmə 121 min manatlıq dələduzluq edən şəxslə bağlı qərar çıxarıb

Bakı Apellyasiya Məhkəməsi tanışına qarşı dələduzluq etməkdə təqsirləndirilən Xaliq Əliyevlə bağlı qərar elan edib.

"Report"un əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb.

Belə ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

İttiham aktına əsasən, X.Əliyev tanışı İlqar Etibarovun əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib.

Belə ki, 2016-cı ildə o, zərərçəkmişə paytaxtın Böyükşor qəsəbəsində sökülən evlərin alınaraq həmin mənzillərin ölçülərini Nərimanov Rayon İcra Hakimiyyəti və nazirliklərin birində yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə artıracağını və baha qiymətə satacağını bildirib.

Bu yolla X.Əliyev İ.Etibarovun ümumilikdə 121 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə X.Əliyevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub və həbs qətimkan tədbiri seçilib. X.Əliyev məhkəmə iclas zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi