Məhəlləyə qızla gələn qonşusunun qardaşını öldürən gəncə hökm oxunub

Məhəlləyə qızla gələn qonşusunun qardaşını öldürən gəncə hökm oxunub Bakı. 18 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
1244
18 Yanvar , 2019 13:03
Məhəlləyə qızla gələn qonşusunun qardaşını öldürən gəncə hökm oxunub

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Heydərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin dekabr ayının 18-də Sabunçu rayonunda baş verib. Emil Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.

Sabunçu rayon Polis idarəsinin (RPİ) 12-ci polis bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb.

Məlumata görə, 19 yaşlı E.Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.

Polis tərəfindən saxlanılan E.Heydərov bildirib ki, özündən 6 yaş böyük N.Həziyevi mübahisə zəminində öldürüb.

O deyib ki, N.Həziyevin qardaşının bəzi hərəkətlərindən xoşu gəlməyib.

Belə ki, 25 yaşlı N.Həziyevin qardaşı məhəllədə, evlərinin qarşısında qızla öpüşüb. Bunu görən E.Heydərov həmin şəxsə "hamımızın ana-bacısı var, belə hərəkətlər lazım deyil" kimi irad bildirib.

Bundan sonra söhbətdən N.Həziyev xəbər tutub və E.Heydərovla söhbətə gəlib. Nəticədə E.Heydərov N.Həziyevi bıçaqlayaraq qətlə yetirib.

E.Heydərova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq soyuq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi