Prokuror məhəlləyə qızla gələn qonşusunu öldürən gəncə cəza istəyib

Prokuror məhəlləyə qızla gələn qonşusunu öldürən gəncə cəza istəyib Bakı. 10 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən, 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
10 Yanvar , 2019 17:20
Prokuror məhəlləyə qızla gələn qonşusunu öldürən gəncə cəza istəyib

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən, 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Heydərovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il dekabrın 18-də Sabunçu rayonunda baş verib. E.Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.

Sabunçu rayon Polis idarəsinin (RPİ) 12-ci polis bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb.

İlkin məlumata görə, 19 yaşlı E.Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.

Polis tərəfindən saxlanılan E.Heydərov bildirib ki, özündən 6 yaş böyük N.Həziyevi mübahisə zəminində öldürüb.

Belə ki, mərhum məhləyə qızla gəlib. Bunu görən E.Heydərov ona əvvəl irad bildirib, sonra aralarında mübahisə düşüb. Nəticədə E.Heydərov N.Həziyevi öldürüb. 

Son xəbərlər

Orphus sistemi