Yuxarı
    Bağlamaq

    Mehdiabadda uşağı cərəyan vuraraq öldürüb

    Hadisə ehtiyatsızlıqdan baş verib© Courtesy İmage

    Bakı. 18 iyun. REPORT.AZ/ Abşeronda uşaq ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

    "Report" xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

    Belə ki, 2013-cü il təvəllüdlü Həsənova Müşgünaz Pərviz qızı evdə oyun oynayarkən ehtiyatsızlıqdan əlini elektrik sayğaçının açıq naqilinə vurub. Nəticədə cərəyan onu divara çırpıb və uşaq hadisə yerində ölüb.

    Fakt araşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi