Yuxarı
    Bağlamaq

    Mehdiabadda 27 yaşlı qadını maşın vurub

    Hadisəni törədən şəxs qaçıb

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report" xəbər verir ki, rayonun Mehdiabad qəsəbəsində yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Məmmədova Azadə Mikayıl qızını naməlum avtomaşın vuraraq hadisə yerindən qaçıb.

    Xəstəxanaya çatdırılan qadın sağ diz və sağ dirsəyindən xəsarət alıb.

    Hazırda polis sözügedən sürücünün şəxsiyyətinin müəyyən edilməsi və onun saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində iş aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi