Məhbus qohumuna telefon keçirmək cəhdi baş tutmadı - FOTOLAR

Məhbus qohumuna telefon keçirmək cəhdi baş tutmadı - FOTOLAR Fakt üzrə araşdırma aparılır
Hadisə
24 Yanvar , 2015 17:52
Məhbus qohumuna telefon keçirmək cəhdi baş tutmadı - FOTOLAR

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakıda cəzaçəkmə müəssisəsinə telefon keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə "Report"a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Belə ki, xidmətin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 263.1.3 maddəsinə əsasən 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Orxan İlqar oğlu Kazımova telefon gətirilməsi cəhdinin qarşısı alınıb. 

Bu cəhdi məhkumun yanına qısamüddətli görüşə gələn qohumu, Bakı şəhər sakini Marqarita Ramizovna Rəhimovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman ayağında gizlətdiyi 1 ədəd “Nokia” və 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” və 1 ədəd “Sim” danışıq kartı və 2 ədəd elektrik qidalandırıcısının ucluğu aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi