Yuxarı

Azərbaycanda məhbus qadın dünyaya uşaq gətirməsi haqda açıqlama verib

Hazırda məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən araşdırma aparılır

Bakı. 26 yanvar. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində olublar.

Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

MPQ tərəfindən bu müəssisədə cəza çəkən Lamiyə Quliyeva və digər qadın məhkumlar təklikdə konfidensial qaydada qəbul edilib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Həmin qadın məhkumlar müəssisədə saxlanılma şəraitindən və əməkdaşların onlara qarşı rəftarından narazılıq etməyiblər.

Lamiyə Quliyeva ötən ilin oktyabr ayında dünyaya gətirdiyi uşağı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirərək bildirib ki, heç kim tərəfindən zorakılığa məruz qalmayıb, bu öz istəyi ilə baş verib. Eyni zamanda o, özünün və körpəsinin sağlamlığı ilə bağlı narahatçılığının olmadığını söyləyib.

“Qeyd olunmalıdır ki, L.Quliyeva uşağı ilə birgə müəssisənin standartlara uyğun ana və uşaq otağında saxlanılır, saxlanılma şəraiti ilə bağlı narazılığı yoxdur. Hazırda məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən araşdırma aparılır”, - Ombudsman Aparatının açıqlamasında bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi