Yuxarı

Mədət Quliyev:"Leyla Yunus özünü tərbiyəsiz aparırdı"

Onun heç bir xəstəliyi yoxdur

Bakı. 12 dekabr. REPORT.AZ/ "Təqsirləndirilən şəxs Leyla Yunus İstintaq təcridxanasında bir qayda olaraq cəzaçəkmə müəssisələrinin qaydalarına uyğun saxlanılır". "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.

M.Quliyev L.Yunusun hər hansı bir xəstəliyinin olması və təcridxanada ona qarşı işgəncələr verilməsi faktlarının yalan olduğunu bildirib: "Təqsirləndirilən şəxs Leyla Yunus İstintaq təcridxanasında saxlanılır. Və o hamı kimi bir qayda olaraq cəzaçəkmə müəssisələrinin qaydalarına uyğun saxlanılır. Bəzi dağıdıcı mətbuatda həqiqətə uyğun olmayan və gülünc məsələlər irəli sürülür ki, guya ona yemək vermirlər, guya ona dərmanlar vermirlər. Bu, azərbaycançılığa, Azərbaycana uyğun olmayan məsələlərdir. Məhkum Leyla Yunusova da digər təqsirləndirilən şəxslərlə bir yerdə saxlanılır, ona heç bir təzyiq olmayıb və ola da bilməz. Bu, təbiidir. Dünən Səhiyyə Nazirliyindən qadın həkimlər, İctimai Komitədən nümayəndələr, qeyri-hökumət təşkilatlarının nümayəndələri bir yerdə getmişdilər baxmağa ki, Leyla Yunusun xəstəliyi varmı. Qətiyyən elə deyil, onun heç bir xəstəliyi yoxdur. Sadəcə, o özünü Bakı şəhərində də tərbiyəsiz aparırdı. Eləcə də həkimlərə də ağır sözlər deyir, təhqir eləyir. Bu, onun yaşayış üsuludur. Biz onu başa düşürük".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi