Mədət Quliyev: “DTX-də aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli və çevik təşkilinə təkan verib”

Mədət Quliyev: “DTX-də aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli və çevik təşkilinə təkan verib” “Beynəlxalq miqyasda terrorizm hallarının artması da təhlükəsizlik xidməti əməkdaşlarından daim ayıq-sayıq olmağı tələb edir”
Hadisə
25 İyun , 2016 10:48
Mədət Quliyev: “DTX-də aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli və çevik təşkilinə təkan verib”

Bakı. 25 iyun. REPORT.AZ/ “Günün tələbləri nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verib”.

“Report” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev 26 iyun-Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə yazdığı məqalədə bildirib.

O qeyd edib ki, xalqın və dövlətin mənafelərinin, təhlükəsizliyinin qətiyyətlə qorumasında, Silahlı Qüvvələrin gücünün və qüdrətinin təmin edilməsində dövlət təhlükəsizlyi orqanlarının da üzərinə məsul və şərəfli vəzifələr düşür: “Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli fərmanı ilə yaradılan Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti dövlətimizin müstəqillik, suverenlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin təmin edilməsinə yönəlib. Ölkəmizin milli maraqlarına qarşı təhdidlərin vaxtında aşkar edilərək müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, dövlətçiliyin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi, cinayətkarlğa qarşı təsirli və səmərəli mübarizə aparılması bu baxımdan ən ümdə vəzifələrimizdir”.
DTX rəisi vurğulayıb ki, müharibə vəziyyəti ilə yanaşı, ölkənin xarici kəşfiyyat orqanlarının diqqətini cəlb etməsi, beynəlxalq miqyasda terrorizm hallarının artması da təhlükəsizlik xidməti əməkdaşlarından daim ayıq-sayıq olmağı, dövlətin, xalqın, vətəndaşların təhlükəsizliyini peşəkarlıqla təmin etməyi tələb edir: “Bu gün Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsini, milli inkişaf strategiyasını müasir dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirən və uğurla gerçəkləşdirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan, Zati-aliləri cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, məqsədyönlü, düşünülmüş və praqmatik siyasəti nəticəsində dövlət müstəqilliyimiz gündən-günə möhkəmlənir, ölkəmiz istər siyasi-iqtisadi, istərsə də hərbi baxımdan getdikcə daha da qüdrətlənir”.

Son xəbərlər

Orphus sistemi