Mədəniyyət və Turizm Nazirliyinin Qarabəy Karvansarayında ölümlə nəticələnən yanğın baş verib - FOTO

Mədəniyyət və Turizm Nazirliyinin Qarabəy Karvansarayında ölümlə nəticələnən yanğın baş verib - FOTO Hadisə zamanı beşyaşlı gözdən əlil uşaq tüstüdən boğularaq dünyasını dəyişib
Hadisə
25 Avqust , 2016 19:24
Mədəniyyət və Turizm Nazirliyinin Qarabəy Karvansarayında ölümlə nəticələnən yanğın baş verib - FOTO

Ağdaş. 25 avqust. REPORT.AZ/ Ağdaş rayonunda yanğın baş verib, 5 yaşlı uşaq dünyasını dəyişib. 

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:30-da Ağdaş rayon Muşfiq İsayev kücəsi, 1  ünvanda yerləşən Azərbarcan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Ağdaş mədəniyyət və turizm söbəsinin nəzdində yerləşən XIX əsrdə inşa olunmuş, ümumi sahəsi 1690 kvadratmetr olan Qarabəy Karvansarayının yaşayış üçün nəzərdə tutulmuş 2-ci mərtəbəsində qeydə alınıb. Belə ki, 1971-ci il təvəllüdlü Fərrux Məhəmməd oğlu Qurbanova məxsus ümumi sahəsi 29 kvadratmetr olan 1 otaq və 1 mətbəxdən ibarət yaşayış evinin 9 kvadratmetr hissəsi külə dönüb. 

Yanğın nəticəsində 2011-ci il təvəllüdlü gözdən əlil Şəfiqə Fərrux qızı Qurbanova tüstüdən boğularaq ölüb.

Hadisə yerinə FHN-nin Ağdaş Yanğından Mühafizə Hissənin 2 maşını və canlı qüvvəsi gəlib və yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi