Bakı. 7 aprel. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 1 nömrəli Maliyyə və İqtisadi Regional Bölməsinin müdiri – baş mühasibi Atakişiyev Telman Cəbrayıl oğluna vəzifə öhdəliklərini tam icra etmədiyi üçün töhmət verilib. Bu barədə "Report"a İdarədən məlumat verilib.
Qeyd edək ki, idarənin tabeliyində olan müəssisələrdə apardığı yoxlamalar nəticəsində bəzi əməkdaşlar əmək fəaliyyətlərində buraxdıqları qüsurlara görə, Əmək Məcəlləsinə uyğun xəbərdarlıq və töhmət alıblar.