​Məcburi köçkünün özünü yandırma hadisəsinə görə cinayət işi başlanıb

​Məcburi köçkünün özünü yandırma hadisəsinə görə cinayət işi başlanıb Sahib Nəsibovun səhhəti normaldır və yaxın günlərdə evə buraxılması nəzərdə tutulur
Hadisə
29 İyul , 2015 16:20
​Məcburi köçkünün özünü yandırma hadisəsinə görə cinayət işi başlanıb

Bakı. 29 iyul. REPORT.AZ/ Bakı şəhər prokurorluğu məcburi köçkünün özünü yandırması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, məlumatda bildirilib ki, iyulun 27-də saat 17 radələrində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektorunun inzibati binasının qarşısında Ağdam rayonundan olan məcburi köçkün, 1961-ci il təvəllüdlü Nəsibov Sahib İsmayıl oğlunun üstünə benzin tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

S.Nəsibovun səhhəti normaldır və yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.

Hazırda iş üzrə cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi