Məcburi köçkünün evinə ilan girib - FOTO

Məcburi köçkünün evinə ilan girib - FOTO Ev sahibi Rəşid Məmmədov deyib ki, ilanlardan biri öldürülüb, ancaq evdə yenə də çoxlu ilan var
Hadisə
12 Sentyabr , 2015 15:54
Məcburi köçkünün evinə ilan girib - FOTO

Bakı. 12 sentyabr. REPORT.AZ/ Mingəçevir şəhərinin Turist bazasının ərazisində məcburi köçkünlərin məskunlaşdığı evə ilanlar girib. "Report" xəbər verir ki, ilan evə girərək ev sahiblərinə təhlükəli anlar yaşadıb.

Laçın rayonundan məcburi köçkün olan Rəşid Məmmədovun evində axşam saatlarında böyük ilanlar görünüb. Ailə üzvləri ilanı səhərə qədər axtarmalı olub.

Gecəni yatmayan Məmmədovlar ailəsi ilanı şkafın altından tapıblar. Ailə ilanın uşaqlara xəsarət yetirəcəyindən qorxaraq evdən çıxıb.

Evə köçdüyü 20 il müddətində belə halla ilk dəfə rastlaşdığını deyən ev sahibinin mənzilində ilanların yuva salması ciddi narahat edir. 

Ev sahibi Rəşid Məmmədov deyib ki, ilanlardan biri öldürülüb, ancaq evdə yenə də çoxlu ilanlar var. 

Son xəbərlər

Orphus sistemi