Bərdədə məcburi köçkünün evindən pul və qızıl-zinət əşyaları oğurlanıb

Bərdədə məcburi köçkünün evindən pul və qızıl-zinət əşyaları oğurlanıb Bərdə rayonunda mənzildən oğurluq olub.
Hadisə
9 May , 2019 17:38
Bərdədə məcburi köçkünün evindən pul və qızıl-zinət əşyaları oğurlanıb

Bərdə rayonunda mənzildən oğurluq olub.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Meşəçilik institutu adlanan ərazisində məcburi köçkünlərin məskunlaşdığı ərazidə baş verib.

Ağdam rayonundan olan məcburi köçkün Xəyalə Məmmədovaya məxsus fərdi yaşayış evindən naməlum şəxs və ya şəxslər 1200 manat pul və qızıl-zinət əşyaları oğurlayıblar.

Hadisə günorta saatlarında mənzildə heç kimin olmadığı vaxtda baş verib.

X.Məmmədova bu barədə polisə məlumat verib, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi