MBNP-də Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

MBNP-də Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib Bakı. 11 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Nariman Mannapbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Hadisə
11 Dekabr , 2018 11:56
MBNP-də Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Nariman Mannapbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Palatadan “Report”a verilən məlumata görə, görüş zamanı qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlərə toxunulub, növbəti dövr üçün perspektivdə duran məsələlər müzakirə edilib.

Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov qonaqlara ölkəmizin makro-iqtisadi və maliyyə bazarları sahəsində aparılmış islahatlar və əldə edilmiş nəticələr barədə məlumat verib, Azərbaycanın Doing Business hesabatında son 1 ildə 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşmasını Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılmış kompleks islahatların məntiqli nəticəsi adlandırıb.

Bununla yanaşı, AİB nümayəndələrinə maliyyə bazarlarının səmərəli fəaliyyət göstərməsi üçün Palata tərəfindən görülmüş işlər, o cümlədən bank sektorunun kapitallaşması tədbirləri, maliyyə bazarları üzrə qanunvericilik çərçivəsinin təkmilləşdirilməsi, habelə tənzimləyici çərçivə üzrə qəbul edilmiş qaydalar, maliyyə infrastrukturunun gücləndirilməsi istiqamətində ilk özəl kredit bürosu olan “Azərbaycan Kredit Bürosu”, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun və Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin yaradılması ilə bağlı da geniş məlumat verilib.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Nariman Mannapbekovun çıxışı zamanı təmsil etdiyi qurumla Palata arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və gələcəkdə də sıx əməkdaşlıq etmək niyyətində olduqlarını qeyd edib.

Daha sonra qonaqların Palatanın fəaliyyəti, hüquqi və tənzimləyici çərçivə üzrə son yeniliklər, bu sahədə mövcud situasiya və s. barədə sualları cavablandırılıb və növbəti ildə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi