Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Hikmət Rəhimovun cinayət işi üzrə məhkəməsi başlayıb.
"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 8-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin oktyabr ayının 4-də Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakinləri - 1970-ci il təvəllüdlü Hikmət Rəhimov 1976-cı il təvəllüdlü Elsevər Əliyevi bıçaqla qətlə yetirib. O, daha sonra könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək polisə təslim olub.