Maştağada avtobusun vurduğu piyada xəstəxanada ölüb

Maştağada avtobusun vurduğu piyada xəstəxanada ölüb Bakı. 26 yanvar. REPORT.AZ/ Yanvarın 20-si saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurub.
Hadisə
26 yanvar 2019 06:29
Maştağada avtobusun vurduğu piyada xəstəxanada ölüb

Bakı. 26 yanvar. REPORT.AZ/ Yanvarın 20-si saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş R.Əliyev yanvarın 25-də orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. 

Son xəbərlər

Orphus sistemi