Yuxarı

Maştağada aptekdə işləyən qadın güclü təsiredici maddəni qanunsuz satarkən saxlanılıb

Aptekə baxış zamanı 3549 ədəd güclü təsiredici tərkibə malik psixotrop kapsulalar, həblər və ineksiyalar aşkar edilərək götürülüb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd “Pregabalin” kapsulasını satarkən saxlanılıb. 

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, aptekə baxış zamanı güclü təsiredici maddə olan 306 ədəd “Tramadol”, 3 ədəd “Pregabalin” kapsulaları, 20 ədəd “Zapicione” həbi, 5 ədəd “Tramadol”, 7 ədəd “Tramaklosidol” ineksiyaları, psixotrop maddə olan 780 ədəd “Fenadiazepin”, 2075 ədəd “Haloperidol”, 150 ədəd “Depakine chrono”, 60 ədəd “Respilon” həbləri, 30 ədəd “Haloperidol”, 24 ədəd “Haloperidol-decanoate”, 70 ədəd “Amitriptylline hydrochlorido” və 19 ədəd “Moditen depo” ineksiyaları aşkar edilərək götürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi