Maştağa-Zabrat şosesində yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb - VİDEO

Maştağa-Zabrat şosesində yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb - VİDEO “Hyundai”ın sürücüsü ciddi xəsarətlər almasa da, şok vəziyyətinə düşüb
Hadisə
28 Mart , 2017 10:15
Maştağa-Zabrat şosesində yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb - VİDEO
Report.az

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Maştağa-Zabrat şosesində yol qəzası baş verib.

“Report”un məlumatına görə, naməlum maşın 90-LR-191 dövlət nömrə nişanlı “Hyundai Accent” markalı avtomobili arxadan vurub. 

Nəticədə “Hyundai Accent” markalı nəqliyyat vasitəsi yol kənarındakı dərəyə yuvarlanıb.

Şahidlərin sözlərinə görə, “Hyundai” üzü Zabrat istiqamətində hərəkət edərkən yol ayrıcından sürətlə çıxan ağ rəngli krossover onu vurub. Qəza törədən maşının sürücüsü hadisə yerindən qaçıb.

“Hyundai”ın sürücüsü ciddi xəsarət almasa da, şok vəziyyətinə düşüb, avtomobilə ciddi ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi