Maştağa sakini 12 bıçaq zərbəsi ilə qətlə yetirilib

Maştağa sakini 12 bıçaq zərbəsi ilə qətlə yetirilib Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb
Hadisə
28 Noyabr , 2016 09:35
Maştağa sakini 12 bıçaq zərbəsi ilə qətlə yetirilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Bakıda 23 yaşlı oğlan bıçaqlanaraq öldürülüb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğluna 12 bıçaq zərbəsi vurulub. K.Quliyev xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi