Maştağa bazarında bacıoğlu dayısını döyüb

Maştağa bazarında bacıoğlu dayısını döyüb Bacıoğlu dayısının iradını qəbul etməyib
Hadisə
21 Avqust , 2017 11:19
Maştağa bazarında bacıoğlu dayısını döyüb

Bakı. 21 avqust. REPORT.AZ/ Maştağa bazarında kişi bacısı oğlu tərəfindən döyülüb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Maştağa qəsəbəsində bazarda 1952-ci il təvəllüdlü Səfərov Sərvər Səməndər oğlu bacısı oğluna əmisinin yas mərasimində iştirak etməməsinə görə iradını bildirib. İradı qəbul etməyən gənc oğlan S.Səfərovu döyüb. S.Səfərov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi