Masallıda yaşlı kişi intihar edib

Masallıda yaşlı kişi intihar edib Lələyev Cəsail siçan dərmanı içib
Hadisə
140
31 Mart , 2017 00:47
Masallıda yaşlı kişi intihar edib

Masallı. 31 mart. REPORT.AZ/ Masallı rayonunda intihar hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, 53 yaşlı Mahmudavar kənd sakini Lələyev Cəsail Kamil oğlu siçan dərmanı içərək özünə qəsd edib.

C.Lələyevin ruhi əsəb dispanserində qeydiyyatda olduğu bildirilir. İntiharın motivi, hələlik məlum deyil. Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi