Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ruslan Burjumovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Siyavuş Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin mart ayında Suraxanı rayonunda baş verib.
Yeni Günəşli qəsəbəsində piyada keçidindən keçən, 1963-cü il təvəllüdlü Nəriman Nərimanov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Nərimanova Cəmalə İsmət qızını "Mitsubishi" markalı avtomobil vurub.
C.Nərimanova xəstəxanaya çatdırılıb. N.Nərimanov isə hadisə yerində ölüb.
R.Byrjumova 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.