Masazırda ölümlə nəticələnən qəza törədən sürücüyə qarşı 50 min manatlıq iddia qaldırılıb

Masazırda ölümlə nəticələnən qəza törədən sürücüyə qarşı 50 min manatlıq iddia qaldırılıb Bakı. 2 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mirislam Yaqubovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
2 Aprel , 2018 12:14
Masazırda ölümlə nəticələnən qəza törədən sürücüyə qarşı 50 min manatlıq iddia qaldırılıb
Report

Bakı. 2 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mirislam Yaqubovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisinin nümayəndəsi tərəfindən ümumilikdə 50 min manatlıq mülki iddia qaldırdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

M.Yaqubov elan olunan ittiham üzrə özünü təqsirli bildiyini deyib. O sərbəst ifadəsində söyləyib ki, hadisə səhərə yaxın baş verib, hava dumanlı olub: "Yüklü "KamAz"la gedirdim. Hava dumanlı idi. "Mercedes" isə yolun kənarında, döngədə dayanmışdı. Orada üç nəfər var idi. "KamAz"ı düz sürsəydim hər üçü də ölə bilərdi. Maşını kənara çəkəndə aşdı, içərisindəki "kubik"lər "Mercedes"in üstünə töküldü".

Məhkəmənin baxış iclası aprelin 6-na təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində baş verib. Saray qəsəbə sakini M.Yaqubov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış Masazır qəsəbə sakini Samiq Mehrəliyevə məxsus “Mercedes” markalı avtomobilin sərnişini, Astara rayon sakini Səid Salmanovu vurub. Nəticədə “KamAZ” markalı avtomobil aşıb və yük yerində olan mişar daşlarının bir hissəsi “Mercedes” markalı avtomobilin üzərinə dağılıb. Nəticədə xəstəxanaya yerləşdirilən S.Salmanov orada ölüb.

Son xəbərlər

Orphus sistemi