Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb

Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb Aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 manat pul və 85000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Hadisə
16 Aprel , 2024 10:36
Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb

Masazır qəsəbəsindəki evlərin birindən 8 900 manat pul və 85 000 manat dəyərində qızıl-zinət əşyalar oğurlanıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, oğurluq hadisəsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi