Masazırda duz alverçisi yeznəsini güllələyib

Masazırda duz alverçisi yeznəsini güllələyib Bakı. 30 oktyabr. REPORT.AZ/ Abşeronda silahlı insident olub.
Hadisə
30 Oktyabr , 2018 10:41
Masazırda duz alverçisi yeznəsini güllələyib
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ Abşeronda silahlı insident olub.

"Report"un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsindəki duz gölündə qeydə alınıb.

Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Şahin Salahov aralarında yaranmış mübahisə zəminində ov tüfəngi ilə yeznəsi, Naxçıvan sakini, 1984-cü il təvəllüdlü Musa Novruzovu güllələyib. Ayağından güllə xəsarəti alan M. Novruzov xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hər iki şəxs duz biznesi ilə məşğul olub

Faktla bağlı Abşeron Polis İdarəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi