Masazırda bir ailə yol qəzasına düşüb, xəsarət alanlar var

Masazırda bir ailə yol qəzasına düşüb, xəsarət alanlar var Abşeron rayonu Masazır qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
15 Avqust , 2019 23:05
Masazırda bir ailə yol qəzasına düşüb, xəsarət alanlar var

Abşeron rayonu Masazır qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Əhmədov Səxavət Yusifəli oğlu, həyat yoldaşı Əhmədova Səadət Nurəddin qızı və övladları - 2018-ci il təvəllüdlü Əhmədli Nihat Səxavət oğlu, 2011-ci il təvəllüdlü Əhmədli İntizar Səxavət qızı hadisə zamanı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Əhmədov Səxavətə döş qəfəsinin küt travması, Əhmədova Səadətə burun əziyi, uşaqlara isə bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi