Masazırda avtomobillə vurulan gənc qız ağır xəsarət alıb

Masazırda avtomobillə vurulan gənc qız ağır xəsarət alıb Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
27 dekabr 2021 22:02
Masazırda avtomobillə vurulan gənc qız ağır xəsarət alıb

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Nurəliyeva Əfsanə Sahib qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin küt travması, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi