​Masazırda avtomobil qaz borusuna çırpılaraq yanmağa başlayıb

​Masazırda avtomobil qaz borusuna çırpılaraq yanmağa başlayıb Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
9 Aprel , 2015 07:09
​Masazırda avtomobil qaz borusuna çırpılaraq yanmağa başlayıb

Bakı. 9 aprel. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində vətəndaşa məxsus “Daewoo” markalı minik avtomobili idarəetməni itirərək qaz xəttinə çırpılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qəza nəticəsində qaz borusunda alışma baş verib və avtomobilin yanar hissələri yanıb.

Yaxınlıqdakı mağaza yanğından mühahizə olunub. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi