Bakı. 5 fevral. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, “Opel” markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü və iki nəfər sərnişin xəsarət alıb.
Avtomobil kranla qaldırılıb və evakuator vasitəsilə ərazidən aparılıb.




