Masazır qəsəbəsində baş verən partlayışla bağlı rəsmi açıqlama

Masazır qəsəbəsində baş verən partlayışla bağlı rəsmi açıqlama Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər
Hadisə
9 Aprel , 2015 21:54
Masazır qəsəbəsində baş verən partlayışla bağlı rəsmi açıqlama

Bakı. 9 aprel. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi və köməyə ehtiyac olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.

"Report"un FHN saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 20:32-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi