Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Fərid Yusifovu vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif dərəcəli travması diaqnozları qoyulub.
Fakla bağlı araşdırma aparılır.
Ramin Şahbazov