Masallıdan Lənkərana istirahətə gələn 3 gənc zəhərlənib - FOTO

Masallıdan Lənkərana istirahətə gələn 3 gənc zəhərlənib - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
29 İyul , 2017 16:40
Masallıdan Lənkərana istirahətə gələn 3 gənc zəhərlənib - FOTO

Lənkəran. 29 iyul. REPORT.AZ/ Masallı rayonundan Lənkəran rayonuna istirahətə gələn üç gənc zəhərlənib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran rayonunun Liman şəhərindəki Nərimanabad qəsəbəsində qeydə alınıb. 

Məlumata görə, Masallı rayonu, Həsənli kənd sakinləri, 1988-ci il təvəllüdlü Samir Hüseyn oğlu Abbasov, 1986-ci il təvəllüdlü Elşən Ədalət oğlu Hüseynov, 1988-ci il təvəllüdlü Fərid Sədrəddin oğlu Məhərrəmov Lənkərana çimərliyə gəliblər. Onlar yolda marketlərin birindən kolbasa alıblar. Məhz həmin ət məhsulunu yedikdən sonra gənclər özlərini yaxşı hiss etməyiblər və yol-patrul xidməti əməkdaşlarının köməyi ilə onlar qida zəhərlənməsi diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan "Report"a verilən məlumata görə, zəhərlənən şəxslərin birinin vəziyyəti ağırdır, digərlərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir. 

Hazırda onların müalicəsi Lənkəran RMX-nin İnfeksion xəstəliklər şöbəsində davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi