Masallı. 24 noyabr. REPORT.AZ/ Masallı rayonunda qəzaya düşən mikroavtobusda xəsarət alanların adları məlum olub.
"Report"un Cənub bürosunun məlumatına görə, qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də 6 sərnişin Masallı Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Yaralılardan 55 yaşlı sürücü Məharət Xancanov və sərnişinlər Babək Məmmədov, İlhama Rəhimova, Sirac Abışov, Aida Qurbanova, Cavad Məmmədov, Musa Talıbov xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Xəstəxanadan bildirilib ki, yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
*** 13:07
Masallı. 24 noyabr. REPORT.AZ/ Masallı rayonunda mikroavtobus aşıb, 7 nəfər xəsarət alıb.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, qəza Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunın 157-ci kilometrliyində, rayonun Təzə Alvadı kəndi ərazisində baş verib.
Belə ki, rayon daxilində hərəkət edən 4 saylı mikroavtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sürücü və sərnişinlər deformasiyaya uğrayan mikroavtobusdan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.