Masallıda zəncirvari yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB

Masallıda zəncirvari yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB Masallı. 23 fevral. REPORT.AZ/ Masallı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
Hadisə
23 Fevral , 2019 14:09
Masallıda zəncirvari yol qəzası olub, ölən  və yaralananlar var - YENİLƏNİB
Report

Masallı. 23 fevral. REPORT.AZ/ Masallı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların şəxsiyyəti məlum olub. 

"Report"un Cənub bürosu xəbər verir ki, Cəlilabad rayon sakini, 1973-cü il təvəllüdlü Məlik Bəylər oğlu Məlikovun idarə etdiyi avtomobil Biləsuvar rayon sakini, 1954-cü il təvəllüdlü Rafik Süleyman oğlu İsmayılovun idarə etdiyi və Biləsuvar-Astara marşrutu üzrə hərəkət edən mikroavtobusla və Cəlilabad rayon sakini, 1949-cu il təvəllüdlü Adışirin Aslan oğlu Ağayevin idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə sonuncusu hadisə yerində ölüb. 

Digər sürücülər və mikroavtobusda olan Masallı rayon sakini, 1961-ci il təvəllüdlü Mətanət Hüseynbala qızı Əliyeva, Cəlilabad rayon sakini, 1987-ci il təvəllüdlü Ruslan Əlifağa oğlu Nuruşov və Biləsuvar rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Fizuli oğlu Həsənzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.


*** 12:23

Masallı. 23 fevral. REPORT.AZ/ Masallı rayonunda zəncirvari yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumata görə, hadisə Ələt -Astara magistralının Alvadı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Biləsuva-Astara marşurut xətti ilə hərəkət edən sərnişin mikroavtobusu və iki minik avtomobili toqquşub. Qəza nəticəsində minik navtomobillərindən birinin sürcüsü ölüb və mikroavtobusda olan sərnişinlər xəsarət alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşlrı və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi