Masallıda yük və minik maşınları toqquşub, 6 nəfər xəsarət alıb

Masallıda yük və minik maşınları toqquşub, 6 nəfər xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
5 İyul , 2018 17:43
Masallıda yük və minik maşınları toqquşub, 6 nəfər xəsarət alıb
Report
0 : 00
0 : 00

Masallı. 5 iyul. REPORT.AZ/ Masallı rayonunda yük və minik maşınları toqquşub, nəticədə 6 nəfər xəsarət alıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının Masallı rayonunun Təzəkənd dairəsində baş verib.

"Shacman" markalı yük maşını "Mercedes" markalı minik maşını ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində "Mercedes" yoldan çıxaraq aşıb. Nəticədə minik maşınında olan 4 nəfər və yük maşınında olan 2 nəfər xəsarət alıb.

Yaralılar Masallı rayonunda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi