Masallıda qəzada xəsarət alanların şəxsiyyətləri məlum oldu - YENİLƏNİB

Masallıda qəzada xəsarət alanların şəxsiyyətləri məlum oldu - YENİLƏNİB Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 Fevral , 2021 23:14
Masallıda qəzada xəsarət alanların şəxsiyyətləri məlum oldu - YENİLƏNİB

Masallı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Ümid Tağıyevin idarə etdiyi "Hyundai" markalı 99-ZO-994 dövlət qeydiyyat nişanlı avtomobil ilə Çaxırlı kənd sakini, Namiq Cəfərovun idarə etdiyi "VAZ-2106" markalı 44-CA-448 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəzada sürücü, 1973-cü il təvəllüdlü Namiq Cəfərov, sərnişinlər - 1962-cı il təvəllüdlü Kərimov Əhliman, 1995-ci ilə təvəllüdlü Kərimova Leyla və 2017-ci ilə təvəllüdlü Kərimova Aylin xəsarət alıblar. Xəsarət alanlar Çaxırlı kənd sakinləridir.

21:46

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı biri azyaşlı olmaqla beş nəfər xəsarət alıb. Onlardan da ikisi qadındır.

Vəziyyəti daha ağır olan iki nəfər təcili tibbi yardım avtomobili ilə, digərləri isə şəxsi avtomobillə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi