Yardımlıya nişan mərasiminə gedən ailə qəzaya düşdü, 3 nəfər öldü - VİDEO - YENİLƏNİB

Yardımlıya nişan mərasiminə gedən ailə qəzaya düşdü, 3 nəfər öldü - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
6 Mart , 2020 13:58
Yardımlıya nişan mərasiminə gedən ailə qəzaya düşdü, 3 nəfər öldü - VİDEO - YENİLƏNİB
google.az
0 : 00
0 : 00

Video əlavə olunub


*** 12:25

Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, hadisə Köhnə Zuvand kəndində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq təxminən 300 metrlikdən dərəyə yuvarlanıb. 

Nəticədə avtomobildə olan Sərinaz Azadxan qızı Şirəliyeva (1959), Nihad Orxan oğlu Şirəliyev (2016) və Könül Cəmil qızı Şirəliyeva (1993) ölüb. "Niva"nın sürücüsü S.Şirəliyev, 1996-cı il təvəllüdlü Rəna Orxan qızı Mahmudova və 1996-cı il təvəllüdlü Nuray Orxan qızı Şirəliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Hər üç yaralı Reanimasiya şöbəsində müalicə alır.

Məlumata görə, Bakı sakinləri Masallıdan Yardımlıya nişan mərasiminə gedirlərmiş. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi