Masallıda yol qəzası olub, ölən var

Masallıda yol qəzası olub, ölən var Masallıda ölümlə nəticələn yol qəzası baş verib.
Hadisə
27 İyul , 2020 13:17
Masallıda yol qəzası olub, ölən var

Masallıda ölümlə nəticələn yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 26-da saat 22 radələrində Masallı rayonunun Səmədxan kəndi ərazisində Lənkəran rayon sakini H.Kərimov idarə etdiyi “Renault” markalı avtomobillə qarşıda gedən Masallı şəhər sakini Rüstəm İmanovun idarə etdiyi “Yamaha” markalı motosikleti vurub. Nəticədə motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi