Masallıda baş vermiş yol qəzasında 1 nəfər ölüb

Masallıda baş vermiş yol qəzasında 1 nəfər ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
26 mart 2017 17:16
Masallıda baş vermiş yol qəzasında 1 nəfər ölüb
Courtesy İmage

Masallı. 26 mart. REPORT.AZ/ Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonu Göytəpə şəhər sakini, 1981-ci il təvəllüdlü Mirqoşqar Mürsəlov Mirşamil oğlunun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 1980-cı il təvəllüdlü Rəhim İsmayılov Əlifağa oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobil toqquşub.

Nəticədə "VAZ"-ın sürücüsü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib. R.İsmayılov ağır vəziyyətdə Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktı BDYP İstintaq və Təhqiqat idarəsi araşdırır.

Son xəbərlər

Orphus sistemi