Masallıda yol qəzası baş verib, 1 nəfər ölüb, 3-ü yaralanıb - YENİLƏNİB

Masallıda yol qəzası baş verib, 1 nəfər ölüb, 3-ü yaralanıb - YENİLƏNİB Masallı rayonunda başverən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub.
Hadisə
16 Sentyabr , 2019 12:57
Masallıda yol qəzası baş verib, 1 nəfər ölüb, 3-ü yaralanıb - YENİLƏNİB

Masallı rayonunda başverən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralanan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosu xəbər veri ki, kənd sakini Mehman Nüsrət oğlu Əliyevin idarə etdiyi “Volvo” markalı yük avtomobili və Cəlilabad rayon sakini Vasif Səməd oğlu Zeynalovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə V.Zeynalov və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sahil Zeynalov orada ölüb.

Faktla bağlı Masallı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


*** 09:12

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Köhnə Alvadı kəndi ərazisində  baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Qəza zamanı ölən və yaralananların olduğu bildirilir. Yaralılar "təcili yardım" avtomobilləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi