Masallıda yanacaqdoldurma məntəqəsindən pul oğurlayan şəxs saxlanılıb

Masallıda yanacaqdoldurma məntəqəsindən pul oğurlayan şəxs saxlanılıb Bakı. 14 may. REPORT.AZ/ Masallıda yanacaqdoldurma məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
14 May , 2018 13:28
Masallıda yanacaqdoldurma məntəqəsindən pul oğurlayan şəxs saxlanılıb
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Masallıda yanacaqdoldurma məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 12-də saat 5 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Masallı rayonunun Şərəfə kəndi ərazisindəki yancaqdoldurma məntəqələrinin birindən 1 448 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi əməkdalarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən kənd sakini Pərviz Cabbarov “isti izlər”lə saxlanılılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi